ABŞ-da "B-52" bombardmançısının mühərriki uçuş zamanı düşüb

18:03 | 05.01.2017
ABŞ-da

ABŞ-da "B-52" bombardmançısının mühərriki uçuş zamanı düşüb

ABŞ-ın "B-52" çoxməqsədli ağır ən-uzaq-məsafəli qitələrarası strateji bombardmançı-raketdaşıyanı ölkənin şimalında uçuş həyata keçirərkən mühərriklərindən biri yerindən çıxaraq aşağı düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Şimali Dakota ştatında Hərbi Hava Qüvvələrinin "Minot" hərbi bazası ərazisində təlim-məşq uçuşu zamanı baş verib. Göyərtəsində 5 ekipaj üzvü olan təyyarənin ümumilikdə 8 mühərriki olduğundan onu uğurla yerə endirmək mümkün olub.

Mühərrikin dağılmış hissələri "Minot" bazasından 40 km şimal-şərqdə tapılıb.

Ekspertlər hadisənin başvermə səbəbini araşdırır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb