ABŞ-da həbs olunanların sayı artır

19:24 | 26.11.2014
ABŞ-da həbs olunanların sayı artır

ABŞ-da həbs olunanların sayı artır

ABŞ polisi Ferqyuson şəhərində 44 nəfəri həbs edib. Bu barədə Associated Press xəbər verir.

Həbs olunanların əksəriyyəti polisin əmrinə qulaq asmayan və küçələri tərk etməyən etirazçılardır. Saxlanılanlar arasında jurnalist də var. O, "RT" telekampaniyasına aid "Ruptly" videoşirkətin prodüsseridir.Qeyd edək ki, ötən gün Ferqyusonda yenidən alovlanan iğtişaşlar zamanı onlarla ev yandırılıb. İğtişaşlara səbəb məhkəmənin bu ilin avqustunda qaradərili amerikalını qətlə yetirən polis əməkdaşının cinayət məsuliyyətinə cəlb olunmamasına dair qərar verməsi olub. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb