ABŞ-da İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum edib

13:30 | 09.01.2016
ABŞ-da İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum edib

ABŞ-da İŞİD-lə əlaqədə olan silahlı şəxs polis zabitinə hücum edib

İŞİD terror qruplaşması ilə əlaqəsi olduğu iddia edilən silahlı şəxs ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində polis zabitinə hücum edib.

"Report"un verdiyi xəbərə görə, 33 yaşlı polis zabiti Cesse Hartnett xidməti avtomobilinə mindiyi zaman kimliyi açıqlanmayan bir kişi ona bir neçə dəfə atəş açıb.

Qolundan üç güllə yarası alan zabit cavab atəşi aça bilib və hücum edən şəxsi yaralayıb.

Üzərində bir neçə əməliyyat keçirilən Cesse Hartnettin vəziyyətini sabir-ağır olduğu bildirilir.

Şübhəli şəxsin vəziyyəti barədə məlumat verilmir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM