ABŞ-da lotereyada 1,5 milyard dollar uddular

09:58 | 14.01.2016
ABŞ-da lotereyada 1,5 milyard dollar uddular

ABŞ-da lotereyada 1,5 milyard dollar uddular

Amerikanın ən böyük "Powerball” lotereyasının təşkilatçıları bəyan ediblər ki, uduşlu bilet ölkənin Kaliforniya ştatında satılıb.

Oxu.Az xəbər verir ki, məlumata görə, uduşlu bilet Los-Ancelesin ətrafında yerləşən Çino Hillsdə əldə edilib.

Qeyd edilir ki, həmin biletdə olan nömrələr həm ağ şarların nömrələri, həm də Powerball - qırmızı şarda olan nömrə ilə uyğun gəlib.

Bildirilib ki, daha 12 biletdə 5 nömrə uyğun gəlsə də, qırmızı Powerball çıxmayıb.

Qeyd edək ki, lotereya keçirilən gün uduş məbləği rekord həddə - 1,5 milyard dollara çatmışdı.

Uduş kombinasiyası isə 08, 27, 34, 04 və 19 rəqəmli 5 ağ və 10 rəqəmli qırmızı "Powerball” şarından ibarət olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb