ABŞ-dan çağırış: “Galaxy Note 7”dən imtina edin

10:52 | 12.09.2016
ABŞ-dan çağırış: “Galaxy Note 7”dən imtina edin

ABŞ-dan çağırış: “Galaxy Note 7”dən imtina edin

ABŞ-ın istehlak mallarının təhlükəsizliyi üzrə dövlət komissiyası vətəndaşları "Samsung Galaxy Note 7" smartfonundan istifadə etməməyə çağırıb.

lent.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, komissiya bu məsələ ilə bağlı "Samsung"la iş aparıldığını və şirkətin tezliklə bu smartfonları təhvil almasının zəruriliyini açıqlayıb. Bundan başqa, qurum nasaz "Galaxy Note 7"lərin dəyişdirilməsinin məqbul variant olub-olmamasını da araşdırır.

ABŞ Aviasiya İdarəsi isə sərnişinləri uçuş zamanı "Galaxy Note 7"dən istifadə etməməyə çağırıb. İdarə sərnişinlərə bu smartfonları əl çantasına qoymamağı da tövsiyə edib. Kanada Nəqliyyat Nazirliyi də anoloji müraciətlə çıxış edib.  

Qeyd edək ki, ABŞ-ın Florida ştatının Sent-Petersberq şəhərində yeni "Samsung Galaxy Note 7" smartfonu avtomobildə yanğın törədib. Belə ki, yerli sakin smartfonu özünün "Jeep Grand Cherokee" avtomobilində şarj olmağa qoyub. Bir qədər sonra smartfon partlayıb və avtomobildə yanğına səbəb olub. Hadisə yerinə gələn yanğınsöndürənlər avtomobili xilas edə bilməyiblər.

Xatırladaq ki, "Samsung" şirkəti "Galaxy Note 7" smartfonlarının qlobal miqyasda geri çağırılması haqda qərar qəbul edib. Şirkət yeni smartfonların öz-özünə alışması və partlaması ilə əlaqədar indiyədək satılmış bütün smartfonların dəyişdiriləcəyini açıqlayıb. Hazırda "Galaxy Note 7"nin satışı dayandırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM