ABŞ Dövlət Departamenti azərbaycanlı girovları azad etməyə çağırdı

11:49 | 24.02.2015
ABŞ Dövlət Departamenti azərbaycanlı girovları azad etməyə çağırdı

ABŞ Dövlət Departamenti azərbaycanlı girovları azad etməyə çağırdı

ABŞ Dövlət Departamenti Ermənistan tərəfini işğal edilmiş Azərbaycan torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departmanentinin mətbuat katibi Cen Psaki bildirib.

"Bundan əvvəl biz ABŞ-ın Minsk qrupundakı səfiri Ceyms Uorlikin vasitəsilə hər iki girovun Azərbaycan hökumətinə geri qaytarılmasını dəstəkləmişik. Ümumilikdə keçmişdə tərəflər humanitar jest olaraq girovların qaytarılmasında yol tapıblar və bu kimi hallar tərəflər arasında gərginliyin azalmasında və inamın qurulmasında özünü göstərib”, deyə C.Psaki bildirib.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanda və Ermənistanda səfərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ermənistanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırmışdı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb