ABŞ Ərdoğanın qohumunu “qlobal terrorçu” elan etdi

19:23 | 10.12.2015
ABŞ Ərdoğanın qohumunu “qlobal terrorçu” elan etdi

ABŞ Ərdoğanın qohumunu “qlobal terrorçu” elan etdi

ABŞ Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qohumu Əmrah Ərdoğanı "qlobal terrorçu” elan edib. Modern.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan "Əş Şabab” və "Əl Qaidə” qruplaşmaları ilə əməkdaşlıq edib. Bundan başqa, terror qruplaşmalarına maliyyə yardımı göstərib.

Əmrah Ərdoğanın adı Dövlət Departamentində ABŞ-ın milli təhlükəsizliyinə təhlükə törədəcək terrorçular siyahısına salınıb.

Onun ABŞ-dakı bütün mülkünə qadağa qoyulub və amerikalıların onunla hər hansı sövdələşməyə girməsi də qanundankənar elan olunub.

Keniya və Uqandada terror qruplaşmalarının tərkibində döyüşən terrorçu Tanzaniyada həbs olunduqdan sonra Almaniyaya ekstradisiya olunub. O, hazırda Almaniya həbsxanalarından birində Pakistan və Somalidəki terror fəaliyyətinə görə 7 illik həbs cəzası çəkir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM