ABŞ Gülənin deportasiyası haqda danışdı

14:19 | 30.04.2014
ABŞ Gülənin deportasiyası haqda danışdı

ABŞ Gülənin deportasiyası haqda danışdı

ABŞ dövlət katibinin sözcüsü Cen Psaki Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “Gülən” camaatının lideri Fətullah Gülənin deportasiya edilməsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, Cen Psaki jurnalistlərin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı suallarını cavablandırıb. Jurnalistlər ondan rəsmi Ankaranın F.Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı ABŞ-a rəsmi müraciətin edilib-edilmədiyini soruşub. Cen Psaki bildirib ki, bu barədə heç bir söz deyə bilməz.“Belə mövzularda gözləmə mövqeyində olmağı üstün tuturuq. Rəsmi müraciətin edilib-edilmədiyi haqda heç bir söz deyə bilmərəm. Təəssüf ki, bu mövzularda deyə biləcək az söz var”, ABŞ dövlət katibinin sözcüsü deyib.Jurnalistlər Cen Psakidən F.Gülənin ABŞ vətəndaşı olub-olmadığını soruşub. ABŞ rəsmisi bu haqda da heç bir söz deyə bilməyəcəyini deyib: “Lakin inanmıram ki, o, ABŞ vətəndaşıdır”.Qeyd edək ki, Ankara Prokurorluğunda Fətullah Gülən barəsində "Terrorla Mübarizə" Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaq başlanıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb