ABŞ hücum edərsə, Rusiya ilk bu ölkəni vuracaq

13:10 | 22.07.2015
ABŞ hücum edərsə, Rusiya ilk bu ölkəni vuracaq

ABŞ hücum edərsə, Rusiya ilk bu ölkəni vuracaq

Gələcəkdə ABŞ-ın Rusiyaya yönəlik hücumu olarsa, Rusiya ilk vuracağı ölkənin adı açıqlanıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Rusiya Strateji Raket Qüvvələrinin keçmiş komandanı və hərbi müşavir Viktor Yesin Rusiyaya qarşı hər hansı hücum vəziyyətində ABŞ-ın Ruminiyadakı raket əleyhinə müdafiə sisteminin hədəfə alınacağını deyib.
 
Yesin bildirib ki, indiyə qədər İranın nüvə proqramını təhdid hesab edən ABŞ Avropada raket qalxanı qurmağı planlaşdırırdı. Amma İranla razılaşmadan sonra Avropada quraşdırılacaq raket qalxanı hazırda ABŞ-Rusiya münasibətlərində ən böyük probleminə çevrilib. 

Raket qalxanının Rusiyanı hədəf almadığı fikrinı müdafiə edən rəsmi Vaşinqton hüquqi zəmanət verməyi rədd edir, eyni zamanda İran nüvə proqramı çərçivəsində razılaşmanın təmin olunması səbəbi ilə Moskva sistemdən imtina edilməsini tələb edir.
 
Bu günlərdə mətbuat konfransı keçirən Rusiya Strateji Raket Qüvvələri komandanlarından biri İqor Denisov da dəmir yollarında hərəkətli nüvə raketlərindən müdafiə sisteminin quraşdırılması istiqamətində işlərin davam etdiyini deyib. Denisov 5 mərhələli olacaq layihənin həyata keçiriləcəyini, hazırda ilk mərhələnin işlərinin davam etdiyini bildirib.

Nuray


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb