ABŞ-ın Qarabağla bağlı xüsusi planı

12:26 | 10.03.2018
ABŞ-ın Qarabağla bağlı xüsusi planı

ABŞ-ın Qarabağla bağlı xüsusi planı

Qarabağ konfliktinin həlli ilə bağlı ABŞ-ın öz həll planı var.

Axar.az xəbər verir ki, bunu "Jamanak” qəzetinə açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, ABŞ hələlik əlindəki kartların heç birini açmaq istəmir:

"Amerikanın ATƏT-in Minsk Qrupundakı həmsədri Endryu Şefer ümumilikdə haqlıdır. Dağlıq Qarabağın hərbi həlli yoxdur. Belə ki, müharibə təkcə Qarabağı yox, bütün regionu məhv edəcək. Lakin digər tərəfdən status-kvonun saxlanılmasına da ümid yoxdur. ABŞ ATƏT-in Minsk Qrupunda getdikcə aktivləşir. Bu öz-özlüyündə belə simvolik faktdır. Digər tərəfdən, Şefer Azərbaycan mətbuatına müsahibəsində çətin qərarların qəbulundan danışır, amma bunun nə olduğunu demir. Bu, kifayət qədər maraqlı məqamdır. Güman ki, ABŞ tərəflərdən hansısa birinə qeyri-rəsmi formada təklif irəli sürür. Aydındır ki, Vaşinqton dondurulmuş prosesi yerindən tərpətmək istəyir.

Bu gün danışıqlar masasında 2016-cı ilin aprelinə qədər olan sənədlər müzakirə edilir və bunu tərəflər də inkar etmir. Bu, Madrid prinsipləridir. Lakin son iki il ərzində tərəflər yeni qərarlara can atırlar. Bu, 2016-cı ildə Vyana və Sankt-Peterburqda, 2017-ci ilin oktyabrında Cenevrədə qəbul edilmiş qərarlardır. İndiki status-kvo ABŞ-dan başqa bütün Minsk Qrupu ölkələrinə sərfəlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb