ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı qətnamə hazırlayır

22:18 | 08.03.2024
ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı qətnamə hazırlayır

ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı qətnamə hazırlayır

ABŞ Rusiyanın peyk əleyhinə silahlar hazırlaması ilə bağlı iddialarla əlaqədar olaraq, kosmosda nüvə silahlarının yerləşdirilməsinə qarşı qətnamə hazırlayır.

Bu barədə "Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sənəd BMT Təhlükəsizlik Şurasına mart ayında təqdim oluna bilər.

Bildirilir ki, layihə ilkin inkişaf mərhələsindədir və çox güman ki, ölkələrin 1967-ci il "Kosmos Müqaviləsi" üzrə öhdəliklərini bir daha təsdiqləmək məqsədi daşıyır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rusiya təhlükəsi” mövzusunun yenidən gündəmə gətirilməsini Ağ Evin hiyləsi adlandırıb
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM