ABŞ-Kuba "buzunun" əriməsində daha bir addım

19:23 | 09.01.2015
ABŞ-Kuba

ABŞ-Kuba "buzunun" əriməsində daha bir addım

Mühacirlər mövzusunda aparılacaq ABŞ və Kuba görüşləri yanvarın 21-22 də başlayacaq. ANN.Az xəbər verir ki. görüşün Kubanın paytaxtı Havanada keçiriləcəyi planlaşdırılır. Bu barədə ABŞ xarici işlər nazirliyinin katibi Jen Psaki gündəlik keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, danışıqlar üçün Kubaya göndəriləcək heyətə xarici işlər nazirliyinin səlahiyyətlisi Roberta Jacobson başçılıq edir. Psaki mühacirlər mövzusunda aparılan danışıqların ilk turunun 2014-cü ilin iyul ayında başladığını xatırladıb və qeyd edib ki, həmin toplantıda mühacirət probleminin qanuni tərəfləri, eləcə də təhlükəsizlik yolları müzakirə olunub. O, yanvarın 21-22-də keçiriləcək görüşün proqramının isə hələ hazır olmadığını bildirib.

Psaki vurğulayıb ki, hər iki ölkə arasında diplomatik gərginliyin aradan qaldırılması, əlaqələrin bərpa olunması üçün ABŞ səfirliyinin açılması, fəaliyyətə başlaması üçün lazım olan lojistik tədbirlərin görülməsinə, viza məsələri və eləcə də səfirlik personalının müəyyən edilməsi prosesləri davam etdirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb