ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək

09:40 | 30.08.2014
ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək

ABŞ müdafiə naziri Gürcüstana səfər edəcək

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib. Onun sözlərinə görə, səfər zamanı Çak Heygel gürcü həmkarı İrakli Alasaniya ilə Ukraynadakı vəziyyəti müzakirə edəcək.  Səfərin konkret tarixi açıqlanmır.

 

Kirbi qeyd edib ki, bu Çak Heygelin ABŞ müdafiə naziri qismində Gürcüstana ilk səfəri olacaq. Onun gürcü həmkarı və Gürcüstanın baş naziri ilə görüşü bu ilin əvvəlində Münhendə baş tutub.

 

Kirbinin sözlərinə görə, Gürcüstan ABŞ-ın mühüm tərəfdaşlarından biridir: “Gürcüstan Silahlı Qüvvələri İraq və Əfqanıstanda ABŞ-ın çox dəyərli tərəfdaşı olub”.  

 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb