ABŞ Rauf Mirqədirovun həbsindən narahatdır

16:35 | 25.04.2014
ABŞ Rauf Mirqədirovun həbsindən narahatdır

ABŞ Rauf Mirqədirovun həbsindən narahatdır

Dövlət Departamentinin sözçüsü jurnalistin həbsinə münasibət bildiribABŞ-ın Dövlət Departamenti jurnalist Rauf Mirqədirovun həbsinə münasibət açıqlayıb. ANS-in Vaşinqton bürosunun məlumatına görə, departamentinin sözçüsü Jen Psaki deyib ki,onlar azərbaycanlı jurnalist Rauf Mirqədirovun Bakıya gələn kimi qəfil həbs edilməsindən narahatıq. 

Psaki Rauf Miqrədirovun həbsinin səbəbləri haqda səslənən ittihamları dilə gətirib. Söhbət jurnalistin Azərbaycan hökumətinin tənqidi yazılarına, yaxud regionda gərginliyin azaldılması, xalqlar arasında inamın yaradılması üçün keçirilən dialoqda iştirakına görə həbs edilməsi ehtimallarından gedir.

Xatırladaq ki, Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib, Bakıya gələn kimi tutulub. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi başlanıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb