ABŞ rus oliqarxları və naziri “qara siyahı”ya saldı

21:31 | 06.04.2018
ABŞ rus oliqarxları və naziri “qara siyahı”ya saldı

ABŞ rus oliqarxları və naziri “qara siyahı”ya saldı

ABŞ 38 rusiyalı biznesmeni, rəsmi şəxsləri və şirkətləri sanksiya siyahısına salıb,  bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Siyahıda 7 rus oliqarx və şəxslərin idarə etdiyi 12 şirkət, həmçinin 17 dövlət məmuru yer alıb. Sanskiya tətbiq olunan oliqarxlar Vladimir Boqdanov, Oleq Deripaska, Süleyman Kərimov, İqor Rotenberq, Kirill Şamalov, Andrey Skoç və Viktor Vekselberqdir.

Maliyyə naziri Stiven Mnuçin həmin şəxslərin Rusiyanın qlobal miqyasda qeyri-qanuni əməllərinə dəstək verməkdə ittiham edildiklərini deyib.

Həmçinin, Bəşşar Əsədə silah dəstəyi verməkdə günahlandırılan "Rosoboroneksport” adlı silah ticarət şirkəti və bu quruma bağlı "RFC Bank” da "qara siyahı”ya salınıb.

Dövlət məmurları siyahısında isə daxili işlər naziri Vladimir Kolokoltsev və Vladimir Putinin müşavirlərindən Yevgeni Şkolov kimi tanınmış şəxslər yer alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb