ABŞ səfiri: "Türkiyə-Ermənistan sərhədi açıla bilər"

16:34 | 24.04.2014
ABŞ səfiri: "Türkiyə-Ermənistan sərhədi açıla bilər"

ABŞ səfiri: "Türkiyə-Ermənistan sərhədi açıla bilər"

“Türkiyə və Ermənistan arasında dövlət sərhədlərinin açılması mümkündür. İki ölkə arasında diplomatik münasibətlər qurulub”. ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern “erməni soyqırımı”nın anım mərasimində çıxışı zamanı deyib.“Biz Türkiyə və Ermənistan prezidentlərinin iki dövlət arasında diplomatik münasibətlərin qurulması üzrə protokolun imzalanması ilə bağlı təşəbbüslərini və 2009-cu ildə xarici işlər nazirləri səviyyəsində protokolun imzalanmasını dəstəklədik”, deyə ABŞ səfiri bildirib.Con Heffern ABŞ, Ermənistan və Türkiyə olaraq dövlət sərhədlərinin açılması və diplomatik münasibətlərin tamamilə bərpası üçün çalışacaqlarını deyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb