AccessBank-ın “Xaqani” filialının açılış mərasimi keçirildi

18:04 | 10.06.2015
AccessBank-ın “Xaqani” filialının açılış mərasimi keçirildi

AccessBank-ın “Xaqani” filialının açılış mərasimi keçirildi


Bankın "Bül-Bül” və "Elmlər Akademiyası” filiallarının heyəti yeni ünvanda xidmət göstərir.

 

AccessBank müştərilərə daha yaxın olmaq və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə filial şəbəkəsini optimallaşdırır. Bankın Bakı şəhərində yerləşən "Bül-Bül” filialının fəaliyyəti təmirlə əlaqədar müvəqqəti dayandırıldı və heyəti yeni ünvana köçdü. Artıq həmin filial "Xaqani” filialı olaraq fəaliyyət göstərir.

 

Bundan başqa, bu günlərdə AccessBank yeni "Nərimanov” filialını istifadəyə verib. "Nərimanov” filialı Bankın "Elmlər Akademiyası” filialının bazasında yaradılıb.

Yeni "Xaqani” filialı Nəsimi rayonu, Nizami küçəsi 100B, "Nərimanov” filialı isə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında fəaliyyət göstərir.

 

Qeyd edək ki, müvəqqəti olaraq bağlanan "Bül-Bül” və "Elmlər Akademiyası” filiallarının fəaliyyəti təmirdən sonra bərpa olunacaq.

 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AceessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb