ADU-da “Çin bələdçisi” viktorinası keçirildi

21:17 | 26.05.2016
ADU-da “Çin bələdçisi” viktorinası keçirildi

ADU-da “Çin bələdçisi” viktorinası keçirildi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə qədim Çinin vətənpərvər şairi Tszüy Yuanın xatirəsi ilə əlaqədar ənənəvi Çin bayramı - "Əjdahalar qayığı festivalı”na həsr olunmuş "Çin bələdçisi” viktorinası keçirildi.
 
 
Viktorinada ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri ilə yanaşı, universitetin  digər tələbələri də fəal iştirak etdi.  
 
 
Universitetin Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin tarixi haqqında danışaraq Azərbaycanda Çinşünaslığın inkişafının vacibliyini vurğuladı.  
 
 
Viktorinada qədim və müasir Çinin mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı suallar yer aldı. Sualları aşağı kurs tələbələri üçün Azərbaycan, yuxarı kurs tələbələri üçün Çin dilində tərtib edilən viktorinanın qalibləri diplomlarla tətlif olundu.
 
 
Tədbirin sonunda qonaqlar «tszyuntszi»-nin "Əjdahalar qayığı festivalı”–nın ənənəvi bayram yeməyinin dadına baxdılar.
 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb