• $
  • €
  • ₽
  • ₺
  • £

ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir

ADY bayram günlərində qatarların hərəkət cədvəlinə dəyişikliklər edir
09.12.2024 16:07
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə əlaqədar iş və istirahət günlərinin yerdəyişməsini nəzərə alaraq qatarların hərəkət cədvəlinə dəyişikliklər edir. 

28 və 29 dekabrda Abşeron dairəvi dəmir yolu xətti üzrə sürət elektrik və ekspres qatarları iş günlərinin qrafikinə uyğun hərəkətdə olacaq.


Məlumata görə, 30 və 31 dekabr, həmçinin 1, 2, 3, 4 və 5 yanvar tarixlərində isə bu marşrut üzrə sürət elektrik qatarlarının hərəkəti qeyri-iş günlərinin cədvəlinə əsasən təşkil ediləcək. Bu tarixlərdə ekspres qatar hərəkətdə olmayacaq.


Bildirilir ki, eyni zamanda, 28 və 29 dekabr tarixlərindəki Bakı–Qəbələ və Qəbələ-Bakı reysləri hər iki istiqamət üzrə olmaqla 30 dekabra təyin edilir: "Bundan başqa, 31 dekabrda Bakıdan Qəbələyə, 2 yanvarda isə əks istiqamətdə əlavə qatar hərəkətdə olacaq.Bayram günlərində tələbata uyğun olaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarların təyini planlaşdırılır".


Həmçinin məlumatda deyilir ki, sərnişinlər qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Cəmiyyət 23:30
Qala qəsəbəsində hərəkətdə olan avtomobil alışıb
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Cəmiyyət 23:00
Mətbuat və Media və Yayım şuralarının əməkdaşları Zəfər parkını ziyarət ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol