AFFA “Bakı”nın borcunu ödədi

20:12 | 17.07.2014
AFFA “Bakı”nın borcunu ödədi

AFFA “Bakı”nın borcunu ödədi

“Bakı”nın Aleksandr Tomovski və Ruslan Leviqaya görə FİFA-ya olan borcları artıq ödənilib.ANN.Az-ın futbolxeber.az saytına istinadən yaydığı məlumata görə, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərlə görüşündə açıqlama verib.“Bakı” sabah keçiriləcək ölkə çempionatının püşkatmasında iştirak edəcək. Artıq AFFA 2 futbolçuyla bağlı olan borcu FİFA-ya ödəyib. Biz bu pulu “Bakı”nın ödəyəcəyini gözləyirdik. Lakin onlar bunu etmədilər. Biz sona ana kimi gözlədik. “Bakı” həmin pulu ödəmədiyi üçün biz bunu etdik.Tomovskiyə görə 78 min 499, Leviqaya görə 56 min 299 dollar ödənildi. Əgər biz bu pulu ödəməsəydik, o zaman “Bakı”nın altı xalı silinəcəkdi. Üstəlik komanda birinci diviziona da göndərilə bilərdi. Bu isə Azərbaycan futbolu adına yaxşı hal deyil. Bir var klub özü yüksək liqadan imtina edib, I diviziona çıxış edə, bir də var ki FİFA həmin klubu I diviziona göndərsin. Bunlar tam fərqli məqamlardır”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM