Afrində daha 2 kənd azad olundu

17:37 | 30.01.2018
Afrində daha 2 kənd azad olundu

Afrində daha 2 kənd azad olundu

Suriyanın Afrin bölgəsində daha iki kənd terrorçulardan azad olunub.

Trend-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Afrinin qərbindəki strateji yüksəklikdə atışma zamanı 15 terrorçu zərərsizləşdirilib.

Türkiyə Ordusu və "Azad Suriya Ordusu" Afrinin qərbindəki Süleyman Xəlil və Sati Şaği kəndləri də PYD terrorçularından azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb