Aİ “Avropa Günü”nü qeyd edir

20:00 | 11.05.2017
Aİ  “Avropa Günü”nü qeyd edir

Aİ “Avropa Günü”nü qeyd edir

Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanın məcburi köçkün icması ilə birlikdə ilk dəfə olaraq "Avropa Günü”nü qeyd edir.

Bu barədə Oxu.Az-a Avropa İttifaqı Nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Azərbaycanın Abşeron yarımadasında Masazırda Zəngilandan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 11 may 2017-ci il tarixində gənc azərbaycanlı müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunur.

"Builki "Avropa Günü” Avropa İttifaqının əsasını qoyan Roma müqaviləsinin 60 illiyi ilə üst-üstə düşür. Bu, həm də Avropada sülh, müdafiə və təhlükəsizliyin 60 illiyidir və biz ümidvarıq ki, sülh Azərbaycan torpağında da çox tezliklə bərpa olunacaq”, - deyə Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mard bildirib.

Qeyd edək ki, 2017-ci il "Avropa Günü” Aİ-yə üzv dövlətlərlə birgə cari ilin 6-7 may tarixlərində Lənkəranda da qeyd olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb