Aİ Navalnının vəfatında əli olanlarla bağlı sanksiyalar hazırlayır

14:01 | 11.03.2024
Aİ Navalnının vəfatında əli olanlarla  bağlı sanksiyalar hazırlayır

Aİ Navalnının vəfatında əli olanlarla bağlı sanksiyalar hazırlayır

Rusiya müxalifətinin lideri sayılan Aleksey Navalnının həbsxanada vəfatı ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya yeni sanksiyalar qoymağı planlaşdırır. Bu barədə qərar Aİ üzvü olan ölkələrin səfirlərinin martın 13-də keçiriləcək toplantısında qəbul edilə bilər . Bu barədə "EUObserver” portalına məlumatlı mənbələrdən bildirilib. 
 
Məlumata görə, sanksiyalara Navalnının həbsi ilə ilə əlaqəsi olan 35 şəxsin aktivlərinin dondurulması və onlara Avropa ölkələrinə vizaların verilməsinə qadağanın qoyuımasından ibarətdir. Bunlar əsasən onun işi ilə bağlı hakim və cəzacəkmə müəssisəsi  əməkdaşlarıdır.
 
Aleksey Navalnı  fevralın 16-sı Yamalo-Nenets Muxtar Dairəsində yerləşən "Polyarnıy volk” xüsusi rejimli cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Onun ölümündə Rusiya siyasi rəhbərliyinin əli olduğu iddia edilir. 
 
N.Təbrizli 
















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM