Aİ-nin xüsusi nümayəndəsi ilk dəfə Bakıya gəldi

12:08 | 04.12.2017
Aİ-nin xüsusi nümayəndəsi ilk dəfə Bakıya gəldi

Aİ-nin xüsusi nümayəndəsi ilk dəfə Bakıya gəldi

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib.

AzVision.az xəbər verir ki, Klaarın səfərinin iki gün davam edəcəyi gözlənilir. Səfər zamanı Klaar azərbaycanlı rəsmilərlə görüşlər keçirəcək. Bu, Klaarın Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi kimi Bakıya ilk səfəridir.

Qeyd edək ki, Klaar noyabrın 13-ü Avropa İttifaqının (Aİ) Gürcüstan və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi seçilib.

Klaar 2013-2014-cü ildə Gürcüstanda Aİ Müşahidəçilər Missiyasının (EUMM) rəhbəri olub. O, 2012-ci ilin martından Gürcüstandakı missiyasına qədər isə Avropa Xarici Əlaqələr Servisində (EEAS) insan resursları sahəsində siyasət və koordinasiya şöbəsinin rəisi olub. Buna qədər isə Klaar prezident Lennar Merinin xarici məsələlər üzrə müşaviri, XİN-də siyasi məsələlər və Aİ işləri üzrə baş direktor, həmçinin müdafiə nazirinin müşaviri də olmaqla Estoniyada bir sıra vəzifələr tutub. 

Klaar Harvard Universiteti Con F. Kennedi hökumət məktəbində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb. Buna qədər Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Almaniyalı deputat Herbert Salber idi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb