Ağıllı telefonu olmayan işçiləri axtarılır

13:43 | 25.09.2016
Ağıllı telefonu olmayan işçiləri axtarılır

Ağıllı telefonu olmayan işçiləri axtarılır

Türkiyənin Manisa şəhərində bir kafenin sahibi sosial mediadan və "ağıllı telefonu” olmayan işçiləri axtarır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Yerkazan adlı sahibkar, işçilərin telefonla vaxt keçirməsindən bezərək belə bir addım atıb.

Telefonla oynayan işçilərin müştərilərlə maraqlanmadığını söyləyən kafe sahibi, bu kriteriyalara uyğun gələn işçi tapana qədər elanın asılı qalacağını deyib:

"Android telefonu olmayan, "Facebook”, "Twitter”, "Instagram” istifadə etməyən işçi axtarırılır”.

Qeyd edək ki, hazırda kafedə çalışan 10 işçi səhər işə gələndə telefonlarını qoyur, axşam işdən çıxanda götürürlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb