Çakır üçün "Avro-2016" bitdi

18:40 | 28.06.2016
Çakır üçün

Çakır üçün "Avro-2016" bitdi

"Avro-2016"da Türkiyəni təmsil edən hakim Cüneyt Çakır üçün turnir erkən başa çatıb. 

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 40 yaşlı referi UEFA-nın qərarı ilə "Avro-2016" ilə vidalaşıb.

Daha öncə qrup mərhələsində Portuqaliya - İslandiya və Belçika - İrlandiya oyunlarını idarə edən türkiyəli hakimin turnirdə son matçı 1/8 finalın İtaliya - İspaniya görüşü olub. İtaliyanın 2:0 hesabı ilə qalib gəldiyi oyunda Çakırın idarəçiliyi yüksək qiymətləndirilib. 

Qeyd edək ki, Çakırın və heyətinin bu gün Türkiyəyə qayıdacağı gözlənilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM