Al –Nusra bazaları ələ keçirib

14:20 | 14.03.2016
Al –Nusra bazaları ələ keçirib

Al –Nusra bazaları ələ keçirib

Al-Qaeda-nın Suriya qanadı olan Al-Nusra Cəbhəsi Suriyanın şimal-qərbində Qərbin dəstəklədiyi üsyançıların baza və silahlarını ələ keçirib.

Suriya İnsan Haqları Təşkilatı martın 13-də bildirib ki, Al-Nusra Cəbhəsi onlarla üsyançını əsir götürüb. 13-cü diviziya adlı qruplaşma Azad Suriya Ordusunun bir fraksiyasıdır.

Qərbin dəstək verdiyi qruplaşmaya Ahmed al-Seoud komandirlik edir.

Artıq iki həftədir Suriyada döyüşlər, əsasən, dayandırılıb, martın 14-də Cenevrədə hökumət və müxalifət təmsilçilərinin danışıqları gözlənir.

Ancaq bu atəşkəs Al-Nusra Cəbhəsi və İslam Dövləti qruplaşması yaraqlılarına aid deyil. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb