Alimlər dünyada ən kiçikölçülü güzgü yaratdılar

21:19 | 29.09.2016
Alimlər dünyada ən kiçikölçülü güzgü yaratdılar

Alimlər dünyada ən kiçikölçülü güzgü yaratdılar

Pyer və Mariya Kyuri Universitetinin alimləri 2000 atomdan ibarət molekulyar miqyaslı güzgü yaratmağa nail olublar. Tədqiqat işinin nəticələri "Physical Review Letters” nəşrində təsvir edilib.

"ICTnews” Elektron Xəbər Xidməti "techcult.ru” saytına istinadən yazır ki, alimlər komandası nanogüzgü əldə etmək üçün nazik optik lifi sezium maddəsi atomlarının zənciri ilə birləşdirərək istifadə edib. Seziumun işığı əks etdirən atomlarının düzgün mövqelərdə dəqiq yerləşdirilməsi nəticəsində dünyada ən kiçikölçülü güzgü yaradılıb.

Bir neçə güzgünü düzgün qaydada yerləşdirməklə hətta müvəqqəti olaraq işığı tutub saxlamaq mümkün olub. Beləliklə, əldə edilmiş struktur xüsusi optik yaddaş qurğusu rolunda çıxış edərək optik impulsların qəbulu və saxlanılmasında istifadə edilə bilər. İxtiranın optik sxemlər və gələcəyin kompüterlərində tətbiqi mümkündür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb