Alimlərdən Ayla bağlı sensasion məlumat

09:53 | 13.10.2016
Alimlərdən Ayla bağlı sensasion məlumat

Alimlərdən Ayla bağlı sensasion məlumat

Alimlər son yeddi ildə Ayda 222 yeni kraterin yarandığını bildiriblər.

"Qafqazinfo” xəbər verir ki, bu barədə "Natur” dərgisi məlumat yayıb.

Arizona və Kornel Universitetinin alimləri Ay səthinin son yeddi ildəki müşahidəsini analiz ediblər.

"LRO layihəsindən öncə düşünürdük ki, Ayın səthində gözə çarpacaq dəyişikliklər üçün yüzlərlə və ya minlərlə milyon il lazımdır. Lakin əslində üst qatı təxminən 80 min il ərzində tamamilə dəyişib”, deyə kəşfin müəllifi Emerson Speyer bildirib.

Alimlər kompüterin köməyi ilə Ay səthinin 14 min şəklini müqayisə ediblər və son yeddi ildə yeni yaranmış 222 krater tapıblar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM