Alleqri: "Pirlo ilə heç bir problemim yoxdur"

10:49 | 18.07.2014
Alleqri: "Pirlo ilə heç bir problemim yoxdur"

Alleqri: "Pirlo ilə heç bir problemim yoxdur"

"Yuventus" klubunun yeni baş məşqçisi Massimiliano Alleqri bu gün mətbuat konfransı keçirib.Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis komandanın aparıcı futbolçusu Andrea Pirlo ilə aralarında heç bir problemin olmadığını bildirib:"Pirlo ilə çalışmaqdan hər zaman böyük zövq almışam. O, çempionluq yaşamış futbolçudur. "Milan"da birgə çalışdığımız zaman uğursuz mövsüm keçirdi. Bu, bir qədər də zədəsi ilə bağlı idi. Ancaq Pirlo yaxşı formada olduğunu vaxtlarda hər zaman ona oynamaq şansı vermişəm. Təəssüf ki, futbolda bəzən gözlənilməz hadisələrlə üzləşirsən. Həmin vaxt Pirlo ilə görüşdüm və o, "Yuventus"a keçmək qərarı verdi. Üç il sonra yenidən onunla çalışacağım üçün şadam. Pirlo ilə heç vaxt problemim olmayıb. "Yuventus"da unudulmaz illər keçirib. Onun istedadına heç zaman şübhə etməmişəm. Əks təqdirdə insanlar məni dəli adlandırardılar".Qeyd edək ki, Alleqrinin "Yuventus"a baş məşqçi təyin olunmasından sonra Pirlonun "Real" (Madrid) klubuna keçəcəyi iddia edilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM