​Almaniya aviaşirkəti Azərbaycanda nümayəndəlik açır

11:40 | 13.01.2016
​Almaniya aviaşirkəti Azərbaycanda nümayəndəlik açır

​Almaniya aviaşirkəti Azərbaycanda nümayəndəlik açır

Almaniyanın "Hahn Air Lines GmbH." şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyatdan keçib. 

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, şirkətin hüquqi ünvanı olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78, mənzil 63, qanuni təmsilçisi Emil Vrgoc (Almaniya) qeyd olunub.

Bildirək ki, şirkət dövlət qeydiyyatına 2015-ci il dekabrın 14-də alınıb.

Qeyd edək ki, "Hahn Air"in səhmlərin 100%-i müxtəlif ölkələrdə ofislərə məxsus olan "Saspo Holding GmbH."-yə məxsusdur. "Hahn Air" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM