Almaniya Türkiyədə aviabaza tikəcək

19:39 | 25.04.2016
Almaniya Türkiyədə aviabaza tikəcək

Almaniya Türkiyədə aviabaza tikəcək

Bundesver Ankara ilə danışıqlar aparır.

Bundesver (Almaniyanın Müdafiə Nazirliyi) Türkiyənin İncirlik aviabazasının ərazisində öz bazasının inşaatını planlaşdırır. 

Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə alman nəşri "Spiegel Online” məlumat yayıb. 

Məlumata görə, Almaniya Türkiyə ərazisindən Suriyada İŞİD-ə qarşı uzun müddət mübarizə aparmağa hazılaşır.

Nəşrin istinad etdiyi daxili sənədlərə görə, Almaniya şəxsi uçuş sahəsi, alman əsgərlərinin yaşayışı və poliqonun tam təchizatı üçün 65 milyon avro ayırmağı planlaşdırır.

Bundan başqa, Bundesver Ankara ilə orada alman əsgərlərinin uzun müddət yerləşməsinə dair danışıqlar aparır. 

Hazırda Türkiyədə 200 alman əsgəri var, Tornado Suriya hava məkanında demək olar ki, hər gün kəşfiyyat missiyası ilə uçuşlar həyata keçirir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM