Almaniyada Rusiya casusları saxlanılıb

14:06 | 18.04.2024
Almaniyada Rusiya casusları saxlanılıb

Almaniyada Rusiya casusları saxlanılıb

Bavariyanın Bayreuz şəhərinin polisi Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə Almaniyada təxribat hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb. Bu barədə Almaniyanın həftəlik nəşri "Der Spiegel” Almaniya Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Müstəntiqlərin bildirdiyinə görə, şübhəlilər Rusiyanın göstərişi ilə ABŞ hərbi bazalarını izləyiblər və həmçinin hərbi yüklərə hücumlar planlaşdırıblar. İstintaq hesab edir ki, onlar, xüsusən, Ukraynaya hərbi yardımın göstərilməsinə mane olmağı, daha doğrusu, hərbi infrastruktur obyektlərində, silah zavodlarında və sənaye müəssisələrində yanğınlar törətmək və partlayıcı maddələrdən istifadə etməyi planlaşdırıblar.

Əsas şübhəli Almaniya və Rusiya vətəndaşı, Bavariyada yaşayan 39 yaşlı Diter S. Federal prokurorlar onu başqa şeylərlə yanaşı, kəşfiyyat xidmətləri adından agentlik fəaliyyətində, təxribat məqsədilə agentlik fəaliyyətində, həmçinin "təhlükəsizliyə təhlükə yaradan” hərbi obyektlərin fotoşəkillərini yaratmaqda ittiham edirlər.

Müstəntiqlərin fikrincə, 2023-cü ildən Dieter S.  Almaniyada mümkün təxribat mövzusunda Rusiya xüsusi xidmət orqanları ilə məlumat mübadiləsi aparıb. Eyni zamanda həmin şəxs hərbi məqsədlər üçün istifadə olunan infrastruktur obyektlərində, həmçinin müdafiə zavodlarında və sənaye obyektlərində yanğın və ya partlayış törətməyə hazır olduğunu bildirib. Əsasən, söhbət hərbi yüklərin daşınması yollarından gedirdi. Hücumların məqsədi Almaniyanın Ukraynaya dəstək verməsinin qarşısını almaq olub.

ARD-ın məlumatına görə, onu Almaniyada 10 ilə qədər həbs gözləyir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM