"Almaz" əsərinə yeni quruluş vermək planlaşdırılır

22:20 | 23.02.2015

"Almaz" əsərinə yeni quruluş vermək planlaşdırılır

Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzəlibəyov görkəmli dramaturq Cəfər Cabbarlının "Almaz" əsərini səhnəyə qoymaq istəyir.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu haqda açıqlama verən rejissor bir neçə ildir tamaşaya quruluş vermək istədiyini bildirib.

"Almaz" əsərinə quruluş vermək istəyim bir neçə ildir beynimdə dolaşır. Bu fikir məni tərk etmir. Bu barədə C.Cabbarlının qızı Gülarə xanımla da, danışmışam. Gülarə xanım da, əsərin tamaşaya qoyulmasını səbirsizliklə gözləyir. Amma tamaşanın hazırlanması üçün dövlət sifarişinin olmasını istəyirəm. Çünki əsər teatrın öz hesabına hazırlansa, maliyyə baxımından zəif alınacaq. Yəni kostyumlar, dekorasiyalar zəngin olmayacaq. Amma dövlət sifarişi ilə hazırlansa C.Cabbarlının adına layiq əsər olacaq". Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov belə deyib.

Xatırladaq ki, son dəfə Akademik Milli Dram Teatrı Cəfər Cabbarlının "Aydın" və "Ədirnə fəthi" əsərlərini tamaşaya qoyub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb