Alyaskada təyyarə qəzaya uğradı

15:59 | 09.04.2016
Alyaskada təyyarə qəzaya uğradı

Alyaskada təyyarə qəzaya uğradı

Alyaskada kiçik təyyarə qəzaya uğrayıb, üç nəfər ölüb.

Oxu.Az bu barədə ABC telekanalına istinadən xəbər verir. 

Yüngül mühərrikli "Cessna 206” təyyarəsinin qəzası cümə günü Alyaskada Amiralti adasının dağ rayonunda baş verib. 

Təyyarə Anqun yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan üç nəfər həlak olub, sağ qalan bir qadın xəstəxanaya çatdırılıb. 

Əlverişli olmayan hava şəraiti qəza yerinə gəlməyə maneələr törədib, bu səbəbdən də xilasedicilər təyyarənin düşdüyü dağa piyada qalxmalı olublar. 

Sağ qalan qadının səhhəti haqqında məlumat verilməyib. Həmçinin təyyarənin kimin idarə etdiyi və qəzanın baş vermə səbəbləri məlum deyil.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb