Amaliya Pənahovanın abidəsi ucaldıldı - Foto

15:26 | 07.11.2019
Amaliya Pənahovanın abidəsi ucaldıldı - Foto

Amaliya Pənahovanın abidəsi ucaldıldı - Foto

Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.

Anews.az APA-ya istinadən xəbər verir ki, məzarüstü abidə "Qurd qapısı" qəbiristanlığında qoyulub. 
Qeyd edək ki, Amaliya Pənahova ötən ilin noyabrında 73 yaşında vəfat edib.

A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb