AMB-nin səlahiyyətləri azaldıldı

17:02 | 15.07.2016
AMB-nin səlahiyyətləri azaldıldı

AMB-nin səlahiyyətləri azaldıldı

Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri azaldılıb.

"Report”un məlumatına görə, bu, dövlət başçısının "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalamasından sonra mümkün olub.

Sənəddən Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti çıxarılıb.

Həmçinin, əsasnaməyə elektron sənədlərlə bağlı kargüzarlığın "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun həyata keçirilməsi müddəası əlavə edilib.

Eyni zamanda, publik hüquqi şəxslər də "İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların Siyahısı”nda yer alıb. 

Bundan əlavə, Prezident İlham Əliyevin imzaladığı "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi barədə fərmana əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına kargüzarlıq xidmətinin gerbsiz möhüründən istifadə etmək hüququ da verilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb