AMB: Yeni məzənnə rejimi valyuta ehtiyatlarını qoruyur

20:05 | 12.08.2016
AMB: Yeni məzənnə rejimi valyuta ehtiyatlarını qoruyur

AMB: Yeni məzənnə rejimi valyuta ehtiyatlarını qoruyur

"Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik pul siyasəti icmalında bildirilib.

"1 iyul 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4,3 mlrd. dollar təşkil edir ki, bu da birinci rübün sonu ilə müqayisədə 5,4% yüksəkdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalı, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələyir. 

Dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə əsasında müəyyən edilmişdir. Cari ilin əvvəlindən növbəti iş günü üçün rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi təcrübəsinə başlanmışdır. Valyuta bazarında tələb-təklif konyunkturuna uyğun olaraq cari ilin birinci yarısında manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilmişdir.

İlin əvvəlində ABŞ dollarının manata qarşı məzənnəsi 1,5610 AZN səviyyəsində olmuşdursa, 11 mart 2016-cı il tarixində özünün dövr üzrə maksimum həddinə - 1,6456 AZN-ə qalxıb, 25 may tarixində isə minimum həddinə - 1,4900 AZN-ə enib. Hesabat dövrünün sonuna ilin əvvəli ilə müqayisədə manata nəzərən ABŞ dolları 1,3% ucuzlaşmış, Avro isə 0.3% bahalaşıb. 

Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Birinci yarımil ərzində qeyrineft sektoru üzrə real effektiv məzənnə 17,2% ucuzlaşıb. 
Ucuzlaşma əsasən NEM-in 20,3% ucuzlaşması hesabına baş verib. REM-in ucuzlaşma meyili idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir”, - deyə icmalda qeyd olunub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb