"Amerika yenidən güclü dövlətə çeviriləcək"

10:00 | 13.03.2016

"Amerika yenidən güclü dövlətə çeviriləcək"

ABŞ-da Respublikaçı namizəd Donald Tramp seçki kampaniyası çərçivəsində keçirdiyi az qala bütün görüşlərdə və nümayişlərdə insidentlər yaşanır.  ANS PRESS-in məlumatına görə, Çikaqoda baş vermiş toqquşmaların ardından Ohayo ştatının Klivlend şəhərində tərəfdarlarının qarşısına çıxan Tramp etirazla qarşılanıb.

Etirazçının podiuma yaxınlaşmasından sonra Tramp  ani şəkildə özünü itirib və onu mühafizə edən Məxfi xidmət agentləri təhlükənin olduğunu sanaraq, onu dərhal dövrəyə alıb.

Polisin həmin şəxsi aparmasından sonra tərəfdarları "Tramp, Tramp” deyə nyu-yorklu biznesmenə dəstək olub və  o, nitqinə davam edib.
"Məni xəbərdar etdiyinizə görə minnətdaram, onunla üzləşməyə hazır idim, ancaq elə polislərin onu uzaqlaşdırması məsləhətdir, elə deyilmi? Belələri mənim həyat çətinliklərini görmədiyimi hesab edir. Mən böyük işlər görmüşəm. Bu ölkəni sevirəm. Yenidən bu Amerikanı güclü dövlətə çevirəcəyik. Mən bu torpağa borcluyam, borcu qaytarmaq vaxtı çatıb”, - Respublikaçı namizəd Donald Tramp deyib.
 
Klivlend nümayişində nitqinin ilk 20 dəqiqəsi ərzində daşınmaz əmlak maqnatı düz üçdə etiraz sədasından sonra çıxışını qısa olaraq dayandırmalı olub.
Milyarder namizəd bundan əvvəl  çıxış etməli olduğu arenaya etirazçıların doluşmasından sonra cümə günü gecə saatlarında Çikaqoda keçirməli olduğu görüşü təxirə salmışdı.

Tramp seçki kampaniyasına maneçilik törədən həmin etirazçıları pisləyərək,  bu cür səhnələrin onun tərəfdarlarını daha qəzəbli və daha qətiyyətli etdiyini vurğulayıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM