Bu həftənin əvvəllərində Nyu-Yorkun Manhetten federal məhkəməsinin hakimi Con Koytl Demokratlar partiyasının Milli komitəsinin vəkillərinin rusiyalı oliqarx Araz Ağalarova məhkəməyə çağırış təqdim edilməsinin üsulu barədə vəsadətini təmin edib. Virtualaz.org BBC rus xidmətinə istinadən xəbər verir ki, bu çağırış Demokratlar partiyasının aprel ayında qaldırdığı mülki iddia ilə bağlıdır.
Hakim Koytl məhkəmə perspektivi çox aşağı olan bu iddianı baxılmaq üçün qəbul edib. İşin məhkəmə perspekti ona görə aşağıdır ki, iddia ərizəsinin surətini cavabdehlərə, xüsusən də Rusiyada olanlara təqdim etmək mümkün deyil.
İddiaçıların vəkilləri deyiblər ki, Araz Ağalarovun developer şirkətinin saytının "kontaktlar” bölməsində ancaq onun poçt və elektron ünvanını tapıblar. İddiaçılar Araz Ağalarovun şəxsi poçt ünvanını nə Rusiyada, nə Azərbaycanda müəyyən edə bilməyiblər.
Rusiya isə iddia ərizəsinin cavabdehlərə təqdim edilməsi məsələsində kömək göstərməkdən imtina edib. Hərçənd Haaqa konvensiyasına görə bunu etməyə borcludur. Habelə Rusiya tərəfi poçtla göndərilmiş çağırışın qanuniliyini tanımır.
Həmin iddia ərizəsində Ağalarovlar barədə bir neçə səhifə yer alır. Bu hissədə 216-c il iyunun 9-da Nyu-Yorkdakı "Trump Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə Trampın oğlu arasında Emin Ağalarovun vasitəsi ilə təşkil edilmiş görüşdən bəhs edilir. Həmin görüş Veselnitskayanın Hillari Klinton barəsində kompromatları çatdırması üçün təqdim edilmişdi. Kompromatları isə Eminin bildirdiyi kimi onun atası "baş prokuror Çaykadan” almışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !