Amerikalı xüsusi təyinatlılar Suriyada FOTOLAR

17:38 | 27.05.2016
Amerikalı xüsusi təyinatlılar Suriyada – FOTOLAR

Amerikalı xüsusi təyinatlılar Suriyada FOTOLAR

ABŞ-ın xüsusi əməliyyat qüvvələrinin Komandanlığının hərbçilərinin fotoları yayılıb. Onlar Suriya ərazisində kürd qüvvələri ilə bərabər "İslam dövləti”nin (İŞİD) paytaxtı Rakkaya hücumu həyata keçirirlər.  

Oxu.Az Lifejournal-a istinadən xəbər verir ki, fotolar 2016-cı ilin mayın 26-da Rakkadan şimalda Fatis yaşayış məntəqəsi ərazisində çəkilib.

Hərbçilərin formasında kürdlərin YPG qüvvələrinin şevronu (fərqlənmə nişanı) var.

Daha öncə ABŞ prezidenti Barak Obama Suriya ərazisinə "Xilafət” ilə mübarizə üçün ABŞ-ın xüsusi əməliyyat qüvvələrinin Komandanlığının 250 hərbçisinin yeridildiyini bəyan etmişdi.

Məlumata görə, 50 amerikalı hərbçi Suriya ərazisində kürd qüvvələrinin təlimi ilə məşğul olur.
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb