Ana müəlliməni məktəbdə bıçaqlayıb - ŞOK Olay

15:38 | 05.07.2014
Ana müəlliməni məktəbdə bıçaqlayıb - ŞOK Olay

Ana müəlliməni məktəbdə bıçaqlayıb - ŞOK Olay

Fransanın Alibi şəhərinin Tarn departamentindəki məktəbdə şokedici olay baş verib. Lent.az-ın “Rosbalt”-a istinadən məlumatına görə, əli bıçaqlı ana məktəbə gedərək, şagirdlərin gözü qarşısında oğlunun müəlliməsini bıçaqlayıb.

 

“Frans pres” bildirib ki, tibbi yardım edilsə də, 34 yaşlı müəllimə ölüb.

 

Mənbənin məlumatına əsasən, ananın əməlinin səbəbini  isə istintaq müəyyənləşdirəcək.

 

Fransanın təhsil naziri Benua Amon hadisə yerində olub. O, deyib: “Bu faciə məktəblərdə və onun ətrafında zorakılığa qarşı mübarizənin vacibliyini bir daha təsdiqləyir”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb