Anar Bağırov: Vəkillər müəyyən kurslar keçməlidir

13:27 | 06.06.2018
Anar Bağırov: Vəkillər müəyyən kurslar keçməlidir

Anar Bağırov: Vəkillər müəyyən kurslar keçməlidir

Vəkillər etik davranış, qanunvericilik və digər prinsiplərə yiyələnmək üçün müəyyən kurslar keçməli və vəkillik imtahanı verməlidir.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

O bildirib ki, dünya praktikasında da bu təcrübə tətbiq edilir:

"Vəkillər kollegiyasının üzvləri müəyyən spesifik biliklərə sahib olmalıdırlar. Deməzdim ki, bu məsələ birbaşa təhsil səviyyəsinin keyfiyyəti ilə əlaqəlidir. Kollegiyaya üzv olan vəkillər qanunvericiliyi, hüquqi aktları mükəmməl bilməlidirlər. Eyni zamanda bir sıra praktiki biliklərə də yiyələnməlidirlər. Bütün bu biliklərin səviyyəsini yoxlamaqdan ötrü vəkillərin ixtisas imtahanları nəzərdə tutulub. Azərbaycan müstəsna deyil, bu bütün ölkələrdə belədir. Biz gələcəkdə bir sıra kurslar, seminarların da təşkil edilməsini planlaşdırırıq".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb