Ancelina Colidən pərəstişkarlarını üzəcək xəbər

10:13 | 03.06.2014
Ancelina Colidən pərəstişkarlarını üzəcək xəbər

Ancelina Colidən pərəstişkarlarını üzəcək xəbər

Məşhur Hollivud ulduzu Ancelina Coli kariyerasına son qoyacağını bir daha açıqlayıb.

ANS PRESS-in məlumatına görə, məşhur aktrisa Ancelina Coli bu barədə "BBC Radio Five"-a verdiyi açıqlamada bildirib.

O, Misir kraliçası Kleopatradan bəhs edən filmdə oynadığı rolun son rolu ola biləcəyinə eyham vurub. Kleopatra obrazının qarışıq bir obraz olduğunu, çətin olsa da rolunun öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni etdiyini bildirib."Nəyəsə tamamilə bütün gücünü verirsənsə, müsbət mənada bunun sonuncu olduğunu hiss edirsən. Belə bir roldan sonra nə edə bilərsən ki?" - deyə, Coli öz kariyerasına son qoymaq barədə fikrini bir daha təkrarlayıb.Qeyd edək ki, BMT-nin xüsusi elçisi olan məşhur aktrisa bundan bir neçə il əvvəl də kariyerasına son qoymaq barədə danışmışdı.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM