“Android” iOS-dan daha etibarlıdır?

17:46 | 24.10.2016
“Android” iOS-dan daha etibarlıdır?

“Android” iOS-dan daha etibarlıdır?

Məlumatların mobil mühafizəsi ilə məşğul olan "Zscaler” şirkəti bildirib ki, "Android” əməliyyat sistemi istifadəçi məlumatlarını rəqibi iOS-dan daha yaxşı müdafiə edir. 

İKT.lent.az-ın "vistanews.ru” saytına istinadən məlumatına görə, bununla belə, effektivlik göstəricisinə görə hər iki əməliyyat sistemi təxminən eynidir.

Tədqiqat müddətində hər iki əməliyyat sistemində 45 milyona yaxın məlumat mübadiləsi aparılıb. Onların 200 minində istifadəçilərin şəxsi məlumatları mövcud olub. iOS-da məlumat "itkisi”nin ümumi məbləğdəki payı 0,5% təşkil edib, "Android”də isə bu rəqəm 0,3 faiz olub. Bu məlumatlar əsasən telefon nömrələrinə, elektron poçt ünvanlarına, yerləşmə yerinə və telefonun əsas xüsusiyyətlərinə - modeli, istehsalçısı, SİM-kart adına aid olub.

iOS və "Android”dən oğurlanan məlumatların strukturu, demək olar, eynidir, ancaq "itki”nin baş vermə yerləri geniş olaraq dəyişir. "Google”un əməliyyat sistemində daha çox məlumatları ABŞ və Böyük Britaniyada oğurlayırlar. "Apple”in əməliyyat sistemindən isə Çində, Cənubi Afrika Respublikasında oğurlanır. Mütəxəssislər bunun səbəbinin nə ilə əlaqədar olduğunu izah edə bilməyiblər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb