Ançelottidən di Mariya açıqlaması

22:28 | 21.08.2014
Ançelottidən di Mariya açıqlaması

Ançelottidən di Mariya açıqlaması

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Anxel di Mariyanın komandadakı gələcək karyerası haqda danışıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis di Mariyanın komandadan ayrılmaq istədiyini etiraf edib:

"Di Mariya komandadan ayrılmaq istədiyini bizə bildirdi. Klubun komandada qalmaq təklifini də rədd etdi. Biz çıxış yolu axtarırıq. Transfer pəncərəsi bağlanana qədər məsələni həll etməliyik. Onunla heç bir problemimiz yoxdur. Əgər özünə yeni klub tapmazsa, komandada qala bilər. Hətta futbolçunun "Atletiko" ilə superkubok matçında oynamaq şansı da var".

Qeyd edək ki, "Real"la 2018-ci ilə qədər müqaviləsi olan argentinalı futbolçuyla PSJ və "Mançester Yunayted klubları yaxından maraqlanır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM