​Anqola prezidenti hakimiyyətinin 40-cı ilində istefa verəcək

21:59 | 11.03.2016
​Anqola prezidenti hakimiyyətinin 40-cı ilində istefa verəcək

​Anqola prezidenti hakimiyyətinin 40-cı ilində istefa verəcək

"Siyasi karyeramı 2018-ci ildə başa vuracağım haqda qərar qəbul etmişəm".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Anqola prezidenti Joze Eduardu duş Santuş deyib.

O, 1979-cu il sentyabrın 21-dən Anqolaya başçılıq edir.

Joze Eduardu duş Santuş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənayesi Universiteti) məzunudur.
O, 1942-ci ildə anadan olub.

Qeyd edək ki, Anqolada növbəti prezident seçkisinin 2018-ci ildə keçirilməsi nəzərdə tutulub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM