Anri Məsut Özilin tərifini göylərə qaldırdı

18:18 | 12.12.2013
Anri Məsut Özilin tərifini göylərə qaldırdı

Anri Məsut Özilin tərifini göylərə qaldırdı

"Arsenal" klubunun əfsanəvi futbolçularından olan Tyeri Anri komandanın türk əsilli yarımmüdafiəçisi Məsut Özil haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, Anri Özillə bir komandada oynamaq istədiyini bildirib:

"Özillə bir komandada oynamaq istərdim. O mənə Rober Piresi xatırladır. Topla istədiyi kimi oynayır. Bir orta xətt oyunçusunda görmək istədiyiniz hər şey onda var. Hələ gəncdir. Qarşıda daha yaxşı oyun sərgiləyəcəyinə inanıram".

Bu il "Qızıl top" mükafatına namizəd olan üç futbolçu - Riberi, Ronaldo və Messi haqda da danışan Anri bunları deyib: "Riberi qol vurmaqdan çox ötürmə verməyi üstün tutur. Bu səbəbdən hər kəs onunla oynamaq istəyir. Ronaldonun daha çox futboldankənar hərəkətləri müzakirə olunur. Artıq buna son qoyulmalı və onun statistikalarına diqqət yetirmək lazımdır. Messiyə gəldikdə isə o hər oyunda oynamaq və qalib gəlmək istəyir. Bu tip futbolçuları kobudluqla dayandırmaq olmaz. Topu rəqibdən alar, rahatlayana qədər yenidən qol vurmaq üçün çalışar və nəticədə siz oyunu uduzarsınız. Həyatımda belə oyunçu görmədim".

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb