Anri: "Ronaldo və Messi şoumendir"

22:48 | 05.08.2014
Anri: "Ronaldo və Messi şoumendir"

Anri: "Ronaldo və Messi şoumendir"

Fransa futbolunun canlı əfsanəsi Tyeri Anri maraqlı fikirləri ilə diqqət mərkəzinə düşüb.

Qol.Az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Anri Kriştiano Ronaldo və Lionel Messinin dünyanın ən yaxşı futbolçuları yox, şoumen olduqlarını bildirib:

"Driblinqlər - bunlar bütünlükdə futbol demək deyil. Ronaldo və Messi şoumendir. Ancaq Tomas Müller əsl futbol oynayır. O hər şey yerli-yerində edir. Qol vurur, müdafiə olunur, hücuma keçir və topu özündə saxlayır. Nəyə görə onun "DÇ-2014"dəki çıxışından danışmırlar. Əgər oğlum hazırda futbol oynasaydı, ona nümunə kimi Müller və Riberini göstərərdim".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM