“Apple” “1 yanvar 1970-ci il” səhvini düzəldəcəyini vəd edib - VİDEO

19:52 | 16.02.2016
“Apple” “1 yanvar 1970-ci il” səhvini düzəldəcəyini vəd edib - VİDEO

“Apple” “1 yanvar 1970-ci il” səhvini düzəldəcəyini vəd edib - VİDEO

"Apple” korporasiyası etiraf edib ki, iOS əməliyyat sistemində "iPhone” smartfonlarının dayanmasına səbəb olan yanlışlıq var. Belə ki, smartfonlarda 1 yanvar 1970-ci il sistem tarixini quraşdırıb, smartfonu restart etdikdə cihaz sıradan çıxır.   

İKT.lent.az-ın xəbərinə görə, korporasiyanın saytında bildirilib ki, səhv tezliklə istifadəyə veriləcək iOS 9.3 əməliyyat sistemində aradan qaldırılacaq. "1 yanvar 1970-ci il” problemi ilə üzləşənlərə texnik xidmət mərkəzlərinə müraciət etmək tövsiyə edilib.

Qeyd edək ki, smartfonu sıradan çıxaran bu qeyri-adi səhvin mövcudluğu ötən həftə məlum olub. Sonradan problemin həlli yolu tapılıb və "YouTube”dakı "Wylsacom” kanalında bu barədə təlimat yerləşdirilib. Smartfonu yenidən işə sala bilmək üçün onun batareyasının tamamilə dayanmasını gözləmək və ya servisə müraciət etmək lazımdır.
 
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb